
Azərbaycan yığması Bolqarıstana böyük hesabla məğlub oldu
Bolqarıstanın paytaxtı Sofiya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət kollektivi ilə ilk yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Bu komandalar arasında növbəti oyun sentyabrın 7-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin