Azərbaycan yığması beynəlxalq turniri 3 medalla başa vurdu

Azərbaycan taekvondo millisi İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” beynəlxalq turnirini 3 medalla başa vurub.

Komanda.az xəbər verir ki, yarışın son günündə daha 2 idmançı fəxri kürsüyə qalxıb.

Yığmanın heyətində Yaşar Məmmədli (68 kq) və Eltac Qafarov (80 kq) bürünc mükafata yiyələniblər. Daha əvvəl Rahid Vəliyev (54 kq) də üçüncü yeri tutmuşdu.

Taekvondo millimiz Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda iştirak edəcək. Bu gün startı veriləcək yarış fevralın 19-da yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button