Azərbaycan yığması beynəlxalq turnirdə 3-cü oldu

Su polosu üzrə Azərbaycanın U-13 yığması Macarıstanın Bekeşçaba şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, milli 2009-2010-cu il təvəllüdlü idmançılar arasında “Dia Polo” yarışında 3-cü yeri tutub.

Turnirdə Azərbaycanla yanaşı, Rumıniya, Polşa, Finlandiya, Bolqarıstan yığmaları, Macarıstanın “Budapeşt”, “Sşentiş” və “Bekeşçaba” komandaları mübarizə aparıblar.

Azərbaycan yığmasının üzvü Rəhim Əlimərdan yarışın ən yaxşı oyunçusu, Ağaismayıl Babayev isə ən azyaşlı oyunçusu nominasiyalarının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button