Azərbaycan yığması beynəlxalq turnirə yollandı

Akademik avarçəkmə üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.

Komanda.az xəbər verir ki, idmançılarımız İtaliyada təşkil olunacaq ənənəvi “Paolo De Aloya” reqatasında mübarizə aparacaqlar.

Martın 22-24-də baş tutacaq yarışda Azərbaycanı Ziya Məmmədzadə, Bəhmən Nəsiri, Diana Dımçenko və Murad Sadıqov təmsil edəcəklər. Avarçəkənlər 1 nəfərlik qayıqda qüvvələrini sınayacaqlar.

Diana Dımçenko 2023-cü ildə keçirilən “Paolo De Aloya” reqatasında qızıl medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button