
Azərbaycan yığması Belarusa məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama görüşü keçirib.
Komanda.az xəbər verir ki, təmsilçimiz Baranoviçi şəhərində bu ölkənin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 3:1. Yığmanın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.
Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 millimiz iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



