
Azərbaycan yığması B Liqasına vəsiqə qazandı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, səfərdə Kipr yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qələbə qazanıb.
Komandamızın heyətində 8-ci dəqiqədə Diana Məmmədova fərqlənib. Millimizin kapitanı Sevinc Cəfərzadə 79-cu dəqiqədə penaltidən yararlana bilməyib.
5 oyundan sonra 13 xal toplayan millimiz qrup liderliyini təmin etməklə UEFA Millətlər Liqasının B liqasına vəsiqə qazanıb. Komandamız qrupda son oyununu dekabrın 5-də Bakıda Farer adaları yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin