Azərbaycan yığması Avropa Oyunlarında 6-cı oldu

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən 3-cü Avropa Oyunlarında çıxışını başa vurub.

Komanda.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşdə Rumıniya yığmasına 45:42 hesabı ilə qalib gəlib.

Millimiz yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzaraq 5-8-ci yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Yunanıstanı 45:29 hesabı ilə məğlub edən sablyaçılarımız 5-ci yer uğrunda keçirilən qarşılaşmada isə İspaniya komandasına 42:45 hesabı ilə uduzaraq Avropa çempionatını 6-cı sırada başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button