Azərbaycan yığması Avropa çempionatında yarımfinalında
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Andorrada keçirilən Avropa çempionatının C Divizionunda yarımfinala yüksəlib.
Komanda.az xəbər verir ki, yığmamız B qrupundakı son oyununda Albaniya yığmasını məğlub edərək buna nail olub.
Gərgin keçən görüşdə 69:64 hesablı qələbə qazanan Azərbaycan seçməsi qrupu birinci pillədə başa vurub.
Qızlar yarımfinalda Gürcüstanla qarşılaşacaqlar. İyulun 22-də baş tutacaq matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin