Azərbaycan yığması AÇ-də 4-cü oldu

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Komanda.az xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 9 güləşçiylə qatılan yığmamız komanda hesabında 4-cü yeri tutub.

Bir gümüş və üç bürünc medal qazanan komandamız 95 xal toplayıb və 3-cü pillədə qərarlaşan Gürcüstandan cəmi 1 xal geri qalıb.

Yığmamıza ən çox xalı gümüş medala sahib çıxan Turan Bayramov (70 kq) qazandırıb – 20 xal. Bürünc medalı boynundan asan güləşçilərimiz – Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) hərəyə 15, beşinci yeri tutanlar – Əhmədnəbi Qvarzatilov (61 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) isə 10 xalı komandamızın hesabına yazıb.

Rusiya 206 xalla birinci, Ukrayna isə 113 xalla ikinci olub.

Millimiz bu dəfə Avropa çempionatına əsasən gənc güləşçilərlə qatılmışdı. Komanda üzvlərinin orta yaş həddi 23 idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button