Azərbaycan yığmalarından Budapeştdə növbəti qələbə
Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.
Komanda.az xəbər verir ki, yığmamız 2-ci turda Finlandiyanı məğlub edib – 3,5:0,5. Aydın Süleymanlı rəqibi ilə heç-heçə edib, Nicat Abasov, Rauf Məmmədov və Məhəmməd Muradlı isə qalib gəliblər.
Qadınlardan ibarət millimiz də 2-ci turda Avstraliyanı məğlub edib – 3:1. Günay Məmmədzadə və Xanım Balacayevanın qalib gəldiyi gündə Gövhər Beydullayeva və Gülnar Məmmədova xalları yarı bölüblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin