“Azərbaycan yalnız ötürmələrlə məğlub edə biləcəyiniz rəqib deyil”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun haqda Avstriya Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, o, maksimum nəticə əldə etmək üçün bütün güclərini ortaya qoyacaqlarını dilə gətirib:

“Azərbaycan yığmasını məğlub etmək üçün Linzdə mümkün olan ən yaxşı oyuna ehtiyacımız var. Qarşıdakı iki görüşdə azarkeşlərin evdə əla atmosfer yaratmalarına kömək etmək istəyirik. Azərbaycan və Estoniya yalnız ötürmələrlə məğlub edə biləcəyiniz rəqiblər deyillər. Hər iki komanda ilə qarşılaşmada maksimum nəticə əldə etmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisi ilə Linzdəki “Raiffeisen Arena”da qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button