
Azərbaycan voleybolçuları üçün Türkiyə sınağı
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak etmək üçün Türkiyəyə yola düşüblər.
Komanda.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, idmançılar sentyabrın 4-7-si aralığında Mersin şəhərində təşkil olunacaq “Pro Beach Tour Mersin” açıq çempionatına qatılacaqlar.
Qızlardan Xədicə Hadızadə ilə Cəmilə Bəşirova, oğlanlardan İbrahim Məmmədov və Muhammad Aslanlı medalçılar sırasına düşməyə çalışacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



