![](https://komanda.az/wp-content/uploads/2025/02/e9eae601-0daa-3af4-834f-7bc4996da0b9_850-780x470.jpg)
Azərbaycan voleybolçuları Latviya açıq çempionatında iştirak edib
Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu millisi Latviya açıq çempionatında iştirak edib.
Komanda.az xəbər verir ki, yığma açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) çıxış edib.
Olimpiya sistemi ilə keçirilən turnirdə milli uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.
Fevralın 8 və 9-da təşkil olunan yarışda səkkiz komanda mübarizə aparıb. Fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək Azərbaycan təmsilçisi burada daha bir neçə turnirdə iştirak edəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin