Azərbaycan Voleybol Federasiyasının rəsmisinə təyinat verilib
Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti təyinat verilib.
Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, qurum rəsmisi qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin 4-cü raundunda E qrupunun “C.S.O. Voluntari 2005” (Rumıniya) və “BKS Bostik ZGO Byelsko-Byala” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Noyabrın 13-də Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynlı Aleksander Sikanyiç və belçikalı Koen Luts olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin