AFFA VAR sisteminin tətbiqi ilə bağlı detalları açıqladı
Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı bu gün FİFA ilə videokonfrans formatında ilk görüş keçirilib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, VAR sisteminin tətbiqi bu ilin mart ayından etibarın aşağıda göstərilmiş qaydada, mərhələli şəkildə təmin olunacaq.
Birinci mərhələdə ali futbol qurumu VAR-la bağlı ilkin rəy verəcək və bu, 1,5-3 ay davam edəcək. İkinci mərhələdə müvafiq bəyannamə qəbul olunacaq. Hazırlıq və məşq mərhələsindən sonra layihə təsdiqlənəcək.
Pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin