AFFA-dan milli komanda ilə bağlı rəsmi açıqlama
Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsiylə bağlı AFFA və Türkiyə Futbol Federasiyası (TFF) arasında danışıqlar aparılır.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamasında, 2020-ci il, mayın 26-da Azərbaycan yığmasıyla Antalyada yoxlama oyunu keçirəcəklərini deyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin