Azərbaycan və Türkiyə güləşçilərindən qardaşlıq mesajı

Xorvatiyada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə Azərbaycan millisi uğurlu çıxış edib.

Komanda.az xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız Avropa çempionu olub.

Qitə birinciliyində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən Türkiyə millisi isə 3-cü yeri tutub.

Təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti “Zaqreb Arena”da iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib və növbəti dəfə dost və qardaşlıq mesajı verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button