Tokio-2020: Azərbaycan idmançısı 2-ci “qızıl”ını qazandı
Azərbaycan üzgüçüsü Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Komanda.az xəbər verir ki, o, üzgüçülük idman növü üzrə 100 metrə sərbəst kateqoriyada 52,69 saniyəlik nəticə göstərərək çempion olub.
Azərbaycan təmsilçisi daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında paralimpiya çempionu adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin