Azərbaycan üzgüçüsü beynəlxalq yarışda 7 medal qazanıb

Azərbaycan üzgüçüsü Yeqor Maynitski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq yarışda 7 medal qazanıb.

Üzgüçülük Federasiyasından Komanda.az-a verilən məlumata görə, idmançı öz yaşıdları arasında yarışın ən yaxşısı seçilib.

14 yaşlı üzgüçü turnirdə 50, 100 və 200 metr məsafələrə brass üsulunda üzməkdə bütün rəqiblərini üstələyib.

Bundan başqa, Maynitski 200 metr məsəfə üzrə qarışıq üsulda da finişə hamıdan birinci çatıb. O, 400 metr məsafəyə qarışıq və 50 metr məsafəyə sərbəst üsulda üzməkdə ikinci olub.

İdmançı kəpənək üsulunda 50 metr məsafə üzrə üçüncü olub.

Beləliklə Maynitski ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Turnir dekabrın 14-16-sı aralığında keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button