
Azərbaycan üzgüçüsü Avropa çempionatının finalında
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.
Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb.
Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start verəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin