Azərbaycan üzgüçüləri üçün Roma və Konya sınağı

Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvləri iki mötəbər yarışda güclərini sınayacaqlar.

Komanda.az xəbər verir ki, Azərbaycan üzgüçüləri – Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında İtaliyanın paytaxtı Romada avqustun 11-dən 17-dək təşkil olunacaq su idman növləri üzrə üzrə Avropa çempionatında güclərini sınayacaqlar.

Avqustun 11-də Ramil Vəlizadə 50 metr batterflay üsulunda, Məryəm Şeyxəlizadəxangah isə 100 metr krol üsulunda mübarizələrə qatılacaqlar.

Bu yarışlardan dərhal sonra hər iki idmançı Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Oyunlarında milli komandaya qoşulacaqlar.

Azərbaycan milli komandası İslamiadaya geniş tərkibdə yollanıb. Hazırda məşqçi Rəşad Əliyevlə birgə digər üzgüçülər – Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihad Yusibov, Fatimə Alkərəmova, Selcan Əbdürəhmanlı, Aysel Səfərova, Ayan Kələntərova, İlahə Rəciyeva Konya şəhərindədirlər və yarışlara hazırlaşırlar. Üzgüçülük üzrə mübarizə avqustun 13-dən başlayacaq və Ramil Vəlizadə 100 metr batterflyay üsulunda gücünü sınamaqla debüt edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button