Azərbaycan – Ukrayna matçının hakimləri açıqlandı

Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşma Yunanıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.

FİFA referisi Vassilis Fotiasa Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasınl Anastasion Papapetru yerinə yetirəcək. 

VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.

Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button