Azərbaycan tennisçiləri Tatarıstanda beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazana yollanıblar.
Komanda.az xəbər verir ki, iyunun 11-dən 24-dək “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman tədbiri keçiriləcək.
Kazandakı yarışda Azərbaycanı 11 idman növündə 97 idmançı təmsil edəcək. Onlardan 8-i stolüstü tennisçidir. Məşqçilər Mixail Timofeyev və Ramil Cəfərovun rəhbərliyi altında Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Rüstəm Hacılı və Adil Əhmədzadə bacarığını göstərəcək.
Beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da bu yarışda ölkəmizi təmsil edəcək. İyunun 13-də start götürəcək stolüstü tennis yarışlarına iyunun 16-da yekun vurulacaq.
Bizi Facebook-da izləyin