Azərbaycan taekvondoçusundan Olimpiadaya vəsiqə

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Komanda.az xəbər verir ki, o, buna Sofiyada keçirilən lisenziya xarakteli Avropa təsnifat turnirində nail olub.

İdmançımız rumıniyalı Andreea Moca (8:2), çexiyalı Petra Stolbova (11:4) və ukraynalı Tatyana Tetereviatnikovanı (7:2) məğlub etməklə ölkmizə növbəti lisenziyanı qazandırıb.

Qeyd edək ki, Tokio-2020 Olimpiadası Fəridənin iştirak edəcəyi üçüncü olimpiada olacaq.

Digər qadın taekvondoçu Patimat Abakarova isə ilk rəqibi rumıniyalı Liana Musteata məğlub olaraq yarışı erkən başa vurub.

Qeyd edək ki, verilən son qərara əsasən finala vəsiqə qazanan idmançılar artıq lisenziya əldə etdiklərinə görə final döyüşləri keçirilməyəcək.

Sabah son yarış günüdür. Millimizin kişi taekvondoçusu, Radik İsayev 80 kq yuxarı çəki dərəcəsində yarışa qatılacaq.

Qeyd edək ki, Azərbaycan taekvondoçularından daha əvvəl Milad Beigi Hərçəqani (80 kq) olimpiadaya vəsiqəni təmin etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button