Azərbaycan taekvondoçusu “Prezident Kuboku”nda qızıl medal qazandı

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov İordaniyada keçirilən beynəlxalq “Prezident Kuboku” turnirində qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü bütün döyüşlərini qələbə ilə başa vurub.

O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi, cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan taekvondoçuları İordaniyada keçirilən təlim-məşq toplanışının ardından “Prezident Kuboku” turnirinə qatılıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button