
Azərbaycan taekvondoçusu erməni rəqibinə qalib gəlib
Azərbaycan taekvondoçusu Mehdi Budaqlı Avropa Gənclər Yay Olimpiya Festivalında ermənistanlı rəqibinə qalib gəlib.
Bu barədə Komanda.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
48 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib. Təmsilçimiz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.
Budaqlının 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



