Azərbaycan taekvondoçularından “Bosnia Open”də daha 2 medal
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində 1 gümüş və 1 bürünc medal qazanıblar.
Komanda.az xəbər verir ki, böyüklər arasında çıxış edən Səlimə Quliyeva (46 kq) gümüş, Zemfira Həsənzadə isə bürünc medala sahib çıxıb.
Daha əvvəl təmsilçilərimiz gənclər arasında 1 qızıl, 1 bürünc medal əldə etmişdilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin