Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında 2 medal qazanıblar
Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib.
Komanda.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib.
Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib.
O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gülay Əliyeva isə (160 sm) çempionatı bürünc mükafatla bitirib. Taekvondoçu yarımfinaladək 4 mərhələ keçib.
Yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin