Azərbaycan taekvondoçuları ilin son yarışına yollanıb

Azərbaycan taekvondoçusu Cavad Ağayev dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda start götürəcək qran-pridə çıxış edəcək.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilin yekun yarışında baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında iştirak edəcək.

Dünya reytinqində 173,94 xalla 10-cu olan Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq.

Parataekvondo üzrə komanda isə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Ər-Riyada yollanacaq. Dekabrın 8-nə təsadüf edəcək qran-prinin final mərhələsində ili uğurlu keçirən Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) gücünü yoxlayacaq.

Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.

Qran-prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button