
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada 2 medal qazanıb
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.
Elcan Əliyev (78) isə bürünc medal əldə edib.
Noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin