
Azərbaycan taekvondoçuları Bolqarıstandakı “Prezident kuboku”nda iştirak edəcək
Azərbaycan taekvondoçuları Bolqarıstanın Sofiya şəhərində keçiriləcək “Prezident kuboku”nda iştirak edəcək.
Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə milli Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışında iştirak etmək üçün Çanaqqala şəhərinə yollanıb.
Qonşu ölkədə baş tutacaq təlim-məşqin ardından taekvondoçular mayın 16-da Bolqarıstana gedəcək.
İdmançılara böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalova rəhbərlik edəcək.
Mayın 16-da startı veriləcək yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


