
Avropa Taekvondo Birliyindən azərbaycanlıya növbəti dəfə etimad
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib.
Komanda.az xəbər verir ki, o, yenidən Avropa Taekvondo Birliyinin (ATB) İdarə Heyətinə üzv seçilib.
Türkiyənin İstanbul şəhərində baş tutan ATB-in növbəti Baş Assambleyasında birliyin prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb.
İdarə Heyətinin üzvü 14 nəfərdən ibarət olur.
Assambleyanın yekununa əsasən, növbəti dörd ildə Sakis Praqalos ATB-in prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Antonino Barbarino isə baş katib vəzifəsinə təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin