
Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar
Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.
Komanda.az xəbər verir ki, 6 kq-da mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.
Bu nəticə ilə millimizin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib. Daha əvvəl yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin