
Azərbaycan təmsilçisi Balkan kubokunun qalibi ilə qarşılaşacaq
Azərbaycanı “Challenge Cup” yarışlarında təmsil edəcək “Xilasedici”nin potensial rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Lüksemburqda baş tutan püşkatma mərasimində təmsilçimizin Balkan kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcəyi bəlli olub.
Avrokuboklarda debüt edəcək “Xilasedici” mübarizəyə 1/32 finaldan start verəcək. Komandaların birinci oyunu noyabrın 11-13-də, cavab matçı bir həftə sonraya təsadüf edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



