Azərbaycan sumoçuları Avropa birinciliyində ikinci oldular

Azərbaycan sumoçuları İsveçrənin Renan şəhərində keçirilən U-18 yeniyetmələr arasında Avropa birinciliyində 7 medal qazanaraq, ümumi hesabda ikinci yeri tutublar.

Komanda.az xəbər verir ki, idmançılar 2 qızıl, 3 gümüş, 2 bürünc medal əldə ediblər.

Rauf Yadigarlı (mütləq çəki) və Cavidan Nəhmətov (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Coşqun Kəlbiyev (55 kq), Kamran Rəcəbli (70 kq) və Abdullah Şərif (90 kq) ikinci, Rauf Yadigarlı (+100 kq) üçüncü yeri tutub.

Komanda yarışında isə Rauf Yadigarlı, Məhəmməd Təmirov, Şərif Abdullah və Əli Hümbətzadədən ibarət kollektiv bürünc medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button