Azərbaycan stolüstü tennisçiləri Sarayevodakı turnirdə iştirak edəcəklər

Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək “WTT Youth Contender” turnirində iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, yarışda yığmanın 6 üzvü bacarığını göstərəcək.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaqlar.

Aprelin 22-də start veriləcək yarışa 25-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button