Azərbaycan stolüstü tennisçiləri erməni rəqiblərini üstələdilər

Stolüstü tennisçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində inamla çıxış etməkdədirlər.

Komanda.az xəbər verir ki, 17 yaşadək idmançıların mübarizəsinə qatılan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova yalnız yarımfinalda uduzaraq yarışı üçüncü pillədə başa vurub.

Yağmur Məmmədli 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərib.

19 yaşadək stolüstü tennisçilərin turnirində qüvvəsini sınayan Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Xədicə Əbilzadə qrup mərhələsini inamla adlayaraq sabah keçiriləcək 1/8 finala vəsiqə qazanıb. Yeri gəlmişkən, qrup oyunlarında Ləman Abdulhəmidova Asya Poqosyanı 3:0, Zemfira Mikayılova Ellada Gevorqyanı 3:1, Nigar Mahmudova isə Mariam Ambarsumyanı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

15 yaşadək stolüstü tennisçilərin yarışında isə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Aysu Ağayeva, Arzu Aslanova və Yağmur Məmmədli 1/8 finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button