Azərbaycan şpaqaçıları Serbiyadakı turnirdə çıxış ediblər
Azərbaycanın yeniyetmə şpaqaçıları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropanın “Cadet Circuit” turnirində çıxış ediblər.
Komanda.az xəbər verir ki, qız və oğlan şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici 133 iştirakçı arasında 14-cü olan Xədicə Həsənliyə məxsusdur.
Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xatun Bayramovadan ibarət yığma komanda yarışında keçirdiyi ilk görüşdə Bolqarıstanı 45:24 hesabı ilə məğlub edib. Ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Slovakiya yığmasını 45:38 hesabı ilə mübarizədən kənarlaşdıran millimiz yarımfinal uğrunda keçirilən görüşdə Ukraynaya 29:45 hesabı ilə məğlub olub.
Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov və Vahab Fətullayevdən ibarət milli komanda yarışında 6-cı olub. İlk görüşündə Serbiya üzərində 38:24 hesablı qələbə qazanan yığma Şimali Makedoniya ilə qarşılaşmada 45:41 hesablı qalibiyyət əldə edib. Komanda yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ukrayna şpaqaçılarına 38:45 hesabı ilə uduzub.
Bizi Facebook-da izləyin