Azərbaycan – Şotlandiya matçının hakimləri bilindi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Şotlandiya oyununun təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FİFA referisi Sayatu Karabayev idarə edəcək. Ona Yuri Tixonyuk ilə Yevgeni Belski kömək göstərəcək. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.

Azərbaycan – Şotlandiya matçı oktyabrın 14-də, saat 19:00-da “Liv Bona Dea” arenada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button