Azərbaycan – Serbiya matçının stadionu açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 10-da təşkil olunacaq görüş “Liv Bona De Arena”da keçiriləcək. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.

U-21 sentyabrın 6-da Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda Lüksemburq millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button