Azərbaycan samboçularından DÇ-də 5 medal
Azərbaycan samboçuları Qırğızıstanın Bişkek şəhərində keçirilən dünya birinciliyində 5 medal qazanıblar.
Komanda.az xəbər verir ki, yeniyetmələr 1 gümüş, 2 bürünc, gənclər isə 2 gümüş medala yiyələniblər.
Yeniyetmələrin yarışında Nicat Sultanov (71 kq) ikinci, Ziyəddin Zeynallı (53 kq) və Sulhan Süleymanlı (79 kq) üçüncü yeri tutublar.
Sahib Babayevlə (58 kq) Rəsul Aydəmirov (98 kq) isə gənclər arasında birincilikdə fəxri kürsüyə gümüş mükafatçı kimi qalxıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin