Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci olub

Azərbaycan şahmatçısı Mirsaleh Seyidli Gürcüstanın Batumi şəhərində “8th International Chess Festival – Batumi Municipality Cup-2024” beynəlxalq turnirində uğurlu çıxış edib.

Komanda.az Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzinin şagirdi B qrupunda 9 oyuna 6 xal toplayaraq 16 yaşadək şahmatçılar arasında ikinci olub.

Naxçıvanın digər şahmatçılarından Bəxtiyar Cəfərli və Amin Mirzəzadə yarım xallıq fərqlə mükafatçılar sırasından kənarda qalıblar.

23 ölkədən 434 şahmatçının qatıldığı festivalda müvafiq reytinq göstəricilərinə əsasən A B, C qruplarında, o cümlədən 8,10 və12 yaşadək oğlan və qızlar arasında görüşlər keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button