Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeləri açıqlandı

Azərbaycan şahmatçılarının növbəti ay üçün FIDE reytinqindəki mövqeyi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Şəhriyar Məmmədyarov (2748) 11-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2692) 35-ci, ölkə çempionu Rauf Məmmədov (2657) 67-ci olub. Siyahıya norveçli Maqnus Karlsen (2833) başçılıq edir.

Qadınlarda isə Gövhər Beydullayeva (2400) 43-cü, Azərbaycan çempionatının qalibi Günay Məmmədzadə (2396) 51-ci, Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 85-ci yerdədir.

Burada birinci pillədə çinli Yifan Hou (2633) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button