Azərbaycan yığması son oyunda darmadağın oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində bu gün son oyununu keçirib.

Komanda.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv rumıniyalı həmyaşıdları ilə qarşılaşıb. “Kuban” stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.

İlk oyunda Rusiya ilə qolsuz bərabərə qalan Azərbaycan millisi ikinci qarşılaşmada İrlandiyaya 1:3 hesabıyla uduzmuşdu. Rumınlarla görüşdə isə komandamız daha böyük hesabla məğlub olub.

Qrupun digər matçında lider İrlandiya meydan sahibi Rusiyaya 2 cavabsız qolla qalib gəlib.

AÇ-2019, Elit-raund mərhələsi, 1-ci qrup

26 mart

Rumıniya – Azərbaycan 4:0
Qol: Valentin Mihayla, 7; 20. Andrey-Marius Rus, 29. Alexandru Tirlya, 90+3.
Baş hakim:
Adrien Jakottet (İsveçrə)
Baş hakimin köməkçiləri: Vital Jobin (İsveçrə), Yeqor Bolkhovitin (Rusiya)
Dördüncü hakim: Nikolay Voloşin (Rusiya)

Rumıniya: 23. Stefan Tarnovanu, 2. Andrey-Marius Rus, 4. Sorin Serban, 9. Andrey Banyoy, 10. Antonio Sefer, 13. Valentin Mihayla, 14. Ovidiu Horsia, 15. Vladimir Skresiu, 17. Marian Șerban, 20. Antonio Manolake (k), 22. Daniel Toma.
Ehtiyat oyunçular: 1. Andrey Kristya, 3. Rares İspas, 5. Marko Ehmann, 7. Alexandru Tirlya, 8. Radu Kiryak, 18. Leonardo Mitruşak, 19. Raul Bayku.
Baş məşqçi: Daniel Konstantin Opresku.
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 2. Rüstəm Nuruyev, 4. İbrahim Hüseynov, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 14. Zahid Mərdanov, 15. Vüsal Məsimov, 19. Tural Bayramov, 20. Sərhad Daşdəmir, 23. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samiqullin, 6. İdris İnqilablı, 18. Emil Qasımov, 21. Zamiq Əliyev.
Baş məşqçi: Vüqar Məmməd.

İrlandiya – 9
Rumıniya – 4
Rusiya – 2
Azərbaycan – 1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button