Azərbaycan – Qırğızıstan oyunu ləğv edildi
Bu gündən sentyabrın 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan Azərbaycan – Qırğızıstan yoldaşlıq oyunu baş tutmayacaq. Buna səbəb Qırğızıstan millisinin Azərbaycana səfər edə bilməməsidir.
U-21 sentyabrın 27-də, Bakı Olimpiya Stadionunda Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin