Azərbaycan – Qırğızıstan matçının hakimləri məlum olub

Sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan (U-21) – Qırğızıstan (U-21) beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, oyunu Tural Qurbanov idarə edəcək. Ona Vüsal Məmmədov və Rəhman İmamı köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan millisi iki gün əvvəl İstanbulda Türkiyənin U-21 yığmasına 0:1 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button