Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb
Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən ” Örebro Masters – Nordic Championships” turnirində qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, ölkəmizlə yanaşı, İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının qatıldığı yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuran Vahab 17 yaşadək oğlanların fərdi mübarizəsində pley-offa yüksəlib.
Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn təmsilçimiz həlledici qarşılaşmada İsveç idmançısı Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin