Azərbaycan – Qazaxıstan matçı almanlara tapşırıldı

Bakıda Azərbaycan və Qazaxıstan yığma komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur oyununun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Harm Osmersə Robert Kempter və Dominik Şaal laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

İspaniyalı Manuel Diaz Vega hakim-inspektor, estoniyalı Veiko Soo isə UEFA nümayəndəsi olacaq.

Sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button