“Keşlə”nin futbolçusu 100-ə çatdı
Azərbaycan Premyer Liqasının 7-ci turu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub.
Komanda.az xəbər verir ki, “Keşlə”nin futbolçusu ölkə çempionatında 100-cü oyununu keçirib. Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib. Premyer Liqada 2014/15 mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.
Vüsalın debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran” – “Simurq” görüşündə (0:0) gerçəkləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin