“Neftçi”nin hücumçusu 100-ə çatdı
Azərbaycan Premyer Liqasının 4-cü turu “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, “Qəbələ” ilə görüş (1:1) futbolçunun ölkə çempionatında 100-cü matçı olub. Yubiley qarşılaşmasına çıxan Abbasov yarışda 2014/15 mövsümündə “Neftçi”nin heyətində debüt edib. “Ağ-qaralar”la 62-ci Premyer Liqa görüşünə çıxan hücumçu “Sumqayıt”da 27, “Səbail”də 11 dəfə şans qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin